ATMU-da Almaniyada məşğulluq imkanlarına dair pilot layihə müzakirə olunub
29.07.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 124
ATMU-da Almaniyada məşğulluq imkanlarına dair pilot layihə müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. (BIWE) təşkilatının İkili Texniki Peşə Təhsili və Təlimi (Dual Technical Vocational Education and Training – Dual TVET) layihəsinin meneceri Mehmet Çakar və layihə köməkçisi Leyla Məmmədxanlı ilə işgüzar görüş keçirilib.

Görüşdə ATMU-nu Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova təmsil ediblər.

Görüşdə Almaniya Hökuməti və Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan Dual TVET pilot layihəsi təqdim olunub. Layihə çərçivəsində minimum B1 səviyyəsində alman dili biliyinə və dövlət tərəfindən tanınan diploma malik ixtisaslı mütəxəssislərin Almaniyada birbaşa məşğulluq imkanlarının yaradılması nəzərdə tutulur.

Görüş zamanı ATMU-nun layihədə mümkün iştirakı, Almaniyada işləməyə maraqlı məzunların müəyyənləşdirilməsi və seçim prosesinə dəstək məsələləri müzakirə olunub.