Dekan vəzifəsini tutmaq üçün müsabiqə  ELAN EDİR
14.08.2026
İnsan resursları şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 9562
Dekan vəzifəsini tutmaq üçün müsabiqə ELAN EDİR
Azərbaycan Turizm və Menecment Universiteti
dekan vəzifəsini tutmaq üçün müsabiqə
ELAN EDİR:

 

Biznes və Menecment fakültəsi (məktəbi) üzrə                                             - 1 yer

 

Elan qəzetdə dərc olunduğu gündən 1 ay müddətində sənədlər saat 10:00-17:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər hr@atmu.edu.az e-mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.

    Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

 

  1. Rektorun adına ərizə;
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə);
  3. Tərcümeyi-hal;
  4. Şəxsiyyət vəsiqəsinin surəti;
  5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydada təsdiq olunmuş surətləri;
  6. Elmi və elmi-metodiki işlərin siyahısı;
  7. Dekanın (namizədin) müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

 

Müsabiqə elan olunan müəssisədə çalısan namizədlərdən isə yalnız aşağıdakı sənədlər

tələb olunur:

 

1.  Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

2.. Elmi və elmi-metodiki işlərin siyahısı;

3.  Dekanın (namizədin) müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

 

Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov  küçəsi 822/23-cü məhəllə, otaq 103.

 Telefon: 564-42-33 (daxili-115)

Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin

           verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.