Azərbaycan Turizm və Menecment Universiteti
kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə
ELAN EDİR:
Dillər kafedrası üzrə - 1 yer
Elan qəzetdə dərc olunduğu gündən 1 ay müddətində sənədlər saat 10:00-17:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər hr@atmu.edu.az e-mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
- Rektorun adına ərizə;
- Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə);
- Tərcümeyi-hal;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydada təsdiq olunmuş surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı;
- Namizədin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Müsabiqə elan olunan müəssisədə çalısan namizədlərdən isə yalnız aşağıdakı sənədlər
tələb olunur:
1. Rektorun adına ərizə;
2. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
3. Elmi və elmi-metodiki işlərin siyahısı;
4. Namizədin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, otaq 103.
Telefon: 564-42-33 (daxili-115)
Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin
verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.
Rektorluq
Azərbaycanca