Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2025/2026-cı tədris ilinin məzunları arasında təhsildə yüksək nəticə göstərərək fərqlənmə diplomuna layiq görülən tələbələr də olub.
2025/2026-cı tədris ilində ümumilikdə 4 ATMU məzunu ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Fərqlənmə diplomu ilə məzun olan tələbələr:
Gülnar Abışova Hüseyn qızı – Sosial idarəetmə ixtisası, “Əhalinin sosial müdafiəsi” ixtisaslaşması;
Ayşən Əsədzadə Fətəli qızı – Sosial idarəetmə ixtisası, “Əmək və əhalinin həyat şəraitinin yaxşılaşdırılması” ixtisaslaşması;
Gültəkin Məmmədova Absalamova Nemət qızı – Sosial idarəetmə ixtisası, “Əmək və əhalinin həyat şəraitinin yaxşılaşdırılması” ixtisaslaşması;
Rəşidə Rzayeva Rəşid qızı – “Biznes və Menecment” fakültəsi (məktəbi), Maliyyə ixtisası.
ATMU kollektivi olaraq yüksək akademik göstəriciləri ilə seçilən məzunlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Azərbaycanca