Məzunlarımızı tanıyaq!
06.08.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 52
Məzunlarımızı tanıyaq!

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tələbələrinin beynəlxalq təhsil məkanına inteqrasiyası və onların akademik inkişafının dəstəklənməsi universitetin əsas prioritet istiqamətlərindən biridir. Bu məqsədlə ATMU məzunlarının beynəlxalq təhsil imkanlarından faydalanması və nüfuzlu xarici ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün ardıcıl fəaliyyət həyata keçirilir.

Bu dəfə sizə ATMU-nun 2026-cı il məzunlarını təqdim edirik.

Hüseynov İsrafil Rameş oğlu ATMU-nun Tərcümə ixtisası üzrə 2026-cı il məzunudur.

Məcidova Jasmin Elşad qızı Turizm işinin təşkili ixtisası üzrə, eyni zamanda Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 2026-cı ildə təhsilini uğurla başa vurmuşdur.

Əhmədova Fidan Əşrəf qızı isə Turizm işinin təşkili ixtisası üzrə və Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 2026-cı il məzunudur.

ATMU məzunları əldə etdikləri bilik və bacarıqları beynəlxalq akademik mühitdə inkişaf etdirməyə davam edir, universitetimizin ölkə hüdudlarından kənarda da uğurla təmsil olunmasına töhfə verirlər.

Azərbaycan Turizm və Menecment Universiteti məzunlarımızla qürur duyur, onlara gələcək təhsil və peşəkar fəaliyyətlərində yeni uğurlar arzulayır.