Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tələbələrlə görüş keçirib. Görüş zamanı tələbələrin beynəlxalq təhsil imkanları, mübadilə proqramları və beynəlxalq layihələrdə iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə ATMU-nun Sosial iş ixtisasının tələbələri Telman Aslanlı (Sİ2301) və Atilla Nağıyev (Sİ2401) də iştirak ediblər.
Qeyd edək ki, Özbəkistanın Silk Road International University of Tourism and Cultural Heritage universitetinin dəvəti əsasında tələbələr 15–22 avqust 2026-cı il tarixlərində Səmərqənd şəhərində keçiriləcək Beynəlxalq Yay Məktəbi proqramında iştirak edəcəklər.
Beynəlxalq Yay Məktəbi tələbələr üçün müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qurmaq, yeni akademik və mədəni təcrübə qazanmaq, beynəlxalq əlaqələrini genişləndirmək və Özbəkistanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaq baxımından mühüm imkan yaradacaq.
ATMU tələbələrinin beynəlxalq platformalarda iştirakının dəstəklənməsi onların akademik və peşəkar inkişafına, eləcə də universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə xidmət edir.
ATMU – beynəlxalq imkanlar, yeni təcrübələr və uğurlu gələcək!
Azərbaycanca