ATMU-ya bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin (subbakalavrların) nəzərinə!
27.08.2026
Tədris Metodiki Şöbə
Bölmə: Xəbərlər
Baxış sayı: 130
ATMU-ya bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin (subbakalavrların) nəzərinə!

Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olaraq tələbə adını qazanan bütün abituriyent və subbakalavrları səmimi qəlbdən təbrik edirik! Hər birinizə yeni başladığınız bu yolda uğurlar, bol nailiyyətlər və yaddaqalan tələbəlik illəri arzulayırıq. Arzu edirik ki, universitet həyatınız bilik, yeni təcrübələr və gözəl xatirələrlə zəngin olsun.

Nəzərinizə çatdırırıq ki, ATMU-da bakavriata qəbul olan abituriyentlərin (subbakalavrların) qeydiyyatı yalnız my.gov.az portalı üzərindən elektron qaydada həyata keçirilir. Qeydiyyat avqustdan 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməli, məlumatlarını formaya uyğun doldurmalıdırlar.

Qeyd: Müəyyən olunmuş müddətdə my.gov.az -da qeydiyyat keçməyən abituriyent (subbakalavr) DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisəsinin birinci tədris binasında abituriyentlərə kömək məqsədi ilə xüsusi yer (birinci mərtəbə) və işçi qurup yaradılmışdır, hər hansı çətinliyiniz olarsa müraciət edə bilərsiniz.

Qəbul üçün my.gov.az-da addımlar

1. my.gov.az-a daxil olun

my.gov.az

2. Şəxsi kabinetə daxil olun

• mygov ID / vahid giriş sistemi ilə daxil olun.

• Şəxsi kabinetiniz yoxdursa, əvvəlcə qeydiyyatdan keçin.

3. “Xidmətlər” bölməsinə keçin

Sonra: Xidmətlər → Qurumlar → Elm və Təhsil Nazirliyi seçin.

4. Bu xidməti tapın:

“Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı”

Bu xidmət vasitəsilə qəbul olduğunuz ali məktəbə elektron qeydiyyat müraciəti göndərilir.

5. “Müraciət et” düyməsinə basin.

Sistem qəbul məlumatlarınızı göstərməlidir. Burada Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və qəbul olduğunuz ixtisas görünəcək.

6. Şəxsi məlumatları yoxlayın

Ad, soyad, FİN və digər məlumatlar sistemdə avtomatik əks oluna bilər. Məlumatlar düzgündürsə, təsdiqləyib növbəti mərhələyə keçirsiniz.

7. Sənədlər bölməsinə keçin.

Sistem sizdən tələb olunan sənədləri göstərəcək. Hansı sənəd tələb olunursa, yalnız həmin sənədi müvafiq xanaya yükləyin.

8. Məlumatları təsdiqləyin və müraciəti göndərin

Bütün xanaları yoxladıqdan sonra “Təsdiq et / Müraciəti göndər” düyməsini basın.

9. Ən vacib mərhələ — ATMU-nun təsdiqi

Müraciəti göndərdikdən sonra ATMU sənədlərinizi yoxlayır. Universitet tərəfindən təsdiq verilməlidir. Qeydiyyatdan keçməmək və ya universitet tərəfindən təsdiq almamaq qəbuldan imtina kimi qiymətləndirilə bilər.

10. Təhsil haqqı varsa,

Əgər ATMU-ya ödənişli əsaslarla qəbul olmusunuzsa, müraciətiniz universitet tərəfindən yoxlanıldıqdan sonra sistemdə “Ödəniş edilməlidir” statusu yarana bilər. Bundan sonra təhsil haqqını ödəmək mümkündür