ATMU-da plan yerləri 100 faiz dolub
27.08.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 80
ATMU-da plan yerləri 100 faiz dolub

2026/2027-ci tədris ili üzrə I mərhələdən sonra tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən yalnız 12-də plan yerləri tam dolub. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) də bu ali təhsil müəssisələri sırasında yer alıb.

Beləliklə, ATMU-ya ayrılmış plan yerlərinin 100 faizi üzrə qəbul tamamlanıb. Bu nəticə universitetə olan yüksək marağın və ATMU-nun abituriyentlər arasında seçilən ali təhsil müəssisələrindən biri olduğunu göstərir.

Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək saat 18:00-dək elektron qaydada my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

ATMU – uğura aparan yol!

https://special.azertag.az/az/xeber/4385297