ATMU komandası “Breyn Rinq”in XXVIII mövsümündə!
31.08.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 89
ATMU komandası “Breyn Rinq”in XXVIII mövsümündə!

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) komandası “Breyn Rinq” intellektual yarışının XXVIII mövsümündə universitetimizi uğurla təmsil edib.

Yarışda ATMU komandasının heyətində Aytac Babayeva, İlahə Sadıqova, Muxtar Cəfərov, Mahmud Əhmədov, Cavanşir Abbasov, Orxan Hüseynzadə (D) və komandanın kapitanı Yusif Yaquboğlu yer alıb.

Tələbələrimizin intellektual yarışda iştirakının təmin olunmasına göstərdiyi dəstəyə görə ATMU Tələbə Gənclər Təşkilatına (ATMU TGT), ATMU Tələbə Həmkarlar İttifaqı Komitəsinə (ATMU THİK), komandanın hazırlığı və intellektual dəstəyinə görə isə ATMU İntellektual Oyunlar Klubuna (ATMU İOK) təşəkkür edirik.

ATMU ailəsi olaraq komandamıza qarşıdakı yarışlarda uğurlar arzulayırıq!