ATMU-nun professoru Məhərrəm Zülfüqarlının yeni kitabı nəşr olunub
31.08.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 93
ATMU-nun professoru Məhərrəm Zülfüqarlının yeni kitabı nəşr olunub

Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Azərbaycanda turizmin inkişafı:tarix və müasirlik” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda Azərbaycanda turizmin inkişafının qədim və orta əsrlər, XIX əsrin sonu – XX əsrin əvvəlləri, 1920-1991- ci illərin əhatə edən sovet dövrü, 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpası ilə başlanan Azərbaycan Respublikası dövrü kimi dörd mərhələsinin qısa izahı verilib. Bundan başqa “Turizm problemləri sovet dövrü tədqiqatlarında”, “Turistləri cəlb edən abidə -Möhtəşəm Əlincə qalası. Qalanın 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsi haqqında maraqlı faktlar”, “Xarici ölkələrdə olan Azərbaycan abidələrinin beynəlxalq turizmin inkişafında rolu” , “XIX əsrdən yarımçıq qalmış layihələr: Salyan- Cavad, Cavad-Yevlax, Yevlax-Tiflis marşurutları” , ““Qafqaz evi” ideyasının turizmin inkişafında rolu”, “Turizmin inkişafına mane olan əsas amillər. Sovet idarə sistemində saxta təbliğat və təşviqatın rolu (Tarixşünaslığın təhlili)”, “Din əleyhinə mübarizənin turizm inkişafına mənfi təsiri (Sovet tarixşünaslığının təhlili) “, “Sovet idarə sistemində “Allahsızlar cəmiyyəti”nin rolu.(Dini turizmin ləğv edilməsinin əsas səbəbləri)”,“Turizmin inkişafında bələdiyyələrin rolu: problemlər və perspektivlər”, “Azəraycan Respublikasında turizm sektorunun davamlı inkişafı: problemlər, perspektivlər”, “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər”, “Qarabağa yeni turist marşrutu: Bakı-Quzanlı və s.başlıqlı yazılar kitabda yer alıb.

Kitab turizm mütəxəssisləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Oxucular kitabla maharramzulfugarli.com saytında və M.F.Axundov adına Mərkəzi kitabxanada tanış ola bilərlər.