Daha bir Məzunumuz!
04.09.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 108
Daha bir Məzunumuz!

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tələbələrinin beynəlxalq təhsil məkanına inteqrasiyası və onların akademik inkişafının dəstəklənməsi universitetimizin əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə məzunlarımızın nüfuzlu xarici ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi xüsusi əhəmiyyət daşıyır.

Bu dəfə sizə ATMU-nun daha bir uğurlu məzununu təqdim edirik.

Mirzəyev Nahid Rafiq oğlu ATMU-nun Tərcümə ixtisası üzrə 2026-cı il məzunudur. O, akademik nailiyyətləri və göstərdiyi yüksək nəticə sayəsində Özbəkistan Respublikasının Səmərqənd şəhərində yerləşən Silk Road International Tourism and Cultural Heritage University-də magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Məzunumuzun beynəlxalq akademik mühitdə, Özbəkistanın Səmərqənd şəhərində təhsilini davam etdirməsi onun şəxsi uğuru olmaqla yanaşı, ATMU-da əldə etdiyi bilik və bacarıqların beynəlxalq səviyyədə inkişaf etdirilməsinin də göstəricisidir.

ATMU məzunları müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirərək universitetimizi beynəlxalq akademik məkanda uğurla təmsil edirlər.

Azərbaycan Turizm və Menecment Universiteti məzunlarımızla qürur duyur! 

Məzunumuza Səmərqənd şəhərində magistratura təhsilində uğurlar, yeni biliklər, dəyərli təcrübələr və parlaq akademik nailiyyətlər arzulayırıq! 

Uğurlarımız davam edir!