ATMU ilə “Courtyard by Marriott Baku” hoteli arasında görüş keçirilib
08.09.2026
Mehmanxana və restoran işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 205
ATMU ilə “Courtyard by Marriott Baku” hoteli arasında görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran işi” kafedrasının nümayəndələri “Courtyard by Marriott Baku” hotelinin İnsan resursları şöbəsinin əməkdaşları Pərvanə Bədəlli və Rena Kəngərli ilə işgüzar görüş keçiriblər.

Qeyd edək ki, ATMU tərəfindən işçi qrupu “Mehmanxana və restoran işi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Tərlan Növrəsli tərəfindən təhkim olunub.

Görüşün əsas məqsədi ATMU-nun müvafiq kafedrası tərəfindən hoteldə təşkil olunacaq dərslərin və praktiki məşğələlərin müzakirəsi olub. Tərəflər tələbələrin nəzəri biliklərini təcrübədə tətbiq etmələri, həmçinin mehmanxana biznesi sahəsində peşəkar kadr kimi yetişmələri üçün birgə dərslərin keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Əməkdaşlıq çərçivəsində reallaşdırılacaq bu tədris prosesi tələbələrin gələcək karyera imkanlarının genişlənməsinə və hotelçilik sahəsində real iş mühiti ilə tanış olmalarına şərait yaradacaq.