Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə universitetin rektoru İlham Mədətov, professor Məhərrəm Zülfüqarlı, eləcə də ATMU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib. Rektor çıxışında dövlət suverenliyinin tam bərpa olunmasının tarixi əhəmiyyətindən danışaraq, bu zəfərin gənclərin vətənpərvərlik ruhunda yetişməsində və ölkəmizin gələcək inkişafında müstəsna rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən prof. Məhərrəm Zülfüqarlı Azərbaycanın müstəqillik tarixi, suverenlik uğrunda apardığı mübarizə və 20 sentyabr tarixinin dövlətçilik salnaməmizdəki yeri haqqında geniş və ətraflı məruzə ilə çıxış edib.
Rəsmi çıxışlardan sonra tədbir iştirakçılarına Dövlət Suverenliyi Gününə və ərazi bütövlüyümüzün bərpasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Azərbaycanca