ATMU tələbələri Anım Gününü qeyd ediblər
27.09.2026
Ümumi şöbə
Bölmə: Xəbərlər
Baxış sayı: 48
ATMU tələbələri Anım Gününü qeyd ediblər

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələrin iştirakı ilə xüsusi dərs təşkil olunub.

Müəllim, s.ü.f.d Aynur Bağırlının rəhbərliyi ilə “Sosial iş texnologiyaları” fənni çərçivəsində keçirilən dərsdə Vətən müharibəsində canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Dərsdə şəhidlərin göstərdiyi qəhrəmanlıq və Vətən sevgisindən bəhs edilib, onların müqəddəs xatirəsinin daim yaşadılmasının vacibliyi vurğulanıb.

Anım Günü münasibətilə keçirilən bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə, Vətənə və şəhidlərimizin əziz xatirəsinə bağlılığının gücləndirilməsinə xidmət edir.