ATMU Dövlət Statistika Komitəsinin videokonfransında iştirak edib
28.09.2026
Elmi-Tədqiqatlar və Akademik Təhsil Mərkəzi
Bölmə: Xəbərlər
Baxış sayı: 77
ATMU Dövlət Statistika Komitəsinin videokonfransında iştirak edib

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən “Nəqliyyat, informasiya, rabitə və turizmə dair statistik məlumatların toplanması və yayımlanması” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin Elmi tədqiqatlar bölməsinin rəhbəri, p.e.n., dos. Novruz Quliyev, baş mütəxəssis Həlilə Məmmədova və Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi, s.ü.f.d. Firuzə Raşova iştirak ediblər.

Videokonfrans zamanı nəqliyyat statistikası üzrə dəmiryolu, dəniz nəqliyyatı və digər sahələrə dair rəsmi statistik hesabatların hazırlanması barədə məlumat verilib. Həmçinin mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti, ölkəyə gələn və ölkədən gedən şəxslərin sayı, eləcə də turizm sahəsində əvvəlcədən sifarişetmə xidməti göstərən müəssisələrin fəaliyyəti ilə bağlı statistik məlumatların toplanılması və təqdim olunması məsələləri müzakirə edilib.

Görüşdə N.Quliyev tərəfindən turizm sahəsində statistik məlumatların əldə edilməsi formaları ilə bağlı sual ünvanlanıb. Statistik məlumatların diaqram və qrafiklər formasında təqdim edilməsinin müqayisə və təhlil imkanlarını genişləndirdiyi, nəticələrin daha səmərəli qiymətləndirilməsinə şərait yaratdığı vurğulanıb.