Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) alimləri Türkiyənin Ankara şəhərində keçirilən VIII Beynəlxalq Türk Dünyası Turizm Konqresində iştirak ediblər. Ölkəmizin turizm sahəsinin beynəlxalq akademik müstəvidə təqdim olunmasına mühüm töhfə verən ATMU nümayəndələri tədbirdə məruzələrlə çıxış ediblər.
Ankara Hacı Bayram Vəli Universitetinin ev sahibliyi ilə baş tutan konqres Türk dünyasının müxtəlif ölkələrindən olan alim, tədqiqatçı və turizm mütəxəssislərini bir araya gətirib. Tədbirin əsas məqsədi Türk dünyasında turizmin inkişaf perspektivləri, ortaq mədəni irsin turizm imkanları və gələcəyin turizm çağırışlarını elmi müstəvidə müzakirə etmək olub.
Konqresdə ATMU-nu təmsil edən s.ü.f.d., dosent Aynur Bağırlı və Məhəmməd Şirin “Türk Dünyasında Turizmin Sosial İnkişafa Təsiri: Dayanıqlı Turizm, Sosial İnklüzivlik və Yerli İcmaların Rifahı”, c.ü.f.d., dosent Sara Bağırlı “Müalicə-Sağlamlıq Turizmində Beynəlxalq Keyfiyyət Standartları”, s.ü.f.d., dosent Firuzə Raşova isə “Türk Dünyasında Ortaq Mədəni İrsin Turizm Vasitəsilə Beynəlxalq Təbliği: Davamlı İnkişaf və Mədəni Diplomatiya Kontekstində” mövzularında elmi məruzələr təqdim ediblər.
ATMU əməkdaşlarının bu beynəlxalq elmi platformada iştirakı universitetin xarici akademik əlaqələrinin genişləndirilməsi, Azərbaycan turizminin təbliği və Türk dünyasının elmi-mədəni əməkdaşlığının inkişafı baxımından əlamətdar hadisə hesab olunur.
Azərbaycanca