Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) yaradılmasının 20 illik yubileyi münasibətilə 27 noyabr 2026-cı il tarixində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda doktorant, dissertant, magistr və müstəqil tədqiqatçıların XI Respublika Elmi-Praktik Konfransının keçirilməsi planlaşdırılır.
Qeyd edilən Respublika konfransının əsas məqsədi müasir dövrdə effektiv idarəetmə sahəsində mövcud problemlərin, çağırışların və inkişaf istiqamətlərinin elmi-praktik müstəvidə müzakirə edilməsi, doktorant, dissertant, magistr və müstəqil tədqiqatçıların apardıqları elmi tədqiqatların nəticələrinin təqdim olunması, fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də idarəetmənin səmərəliliyinin artırılmasına yönəlmiş elmi əsaslandırılmış təklif və tövsiyələrin formalaşdırılmasıdır.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
1. Turizm və xidmət sektorunda idarəetmənin inteqrasiyası və dayanıqlı inkişaf məsələləri;
2. Multikulturalizm və idarəetmə: dövlət və yerli özünüidarəetmənin müasir aspektləri;
3. Rəqəmsal transformasiya dövründə idarəetmə sistemlərinin inkişafı və multikultural mühit;
4. Müasir biznes ekosistemində korporativ idarəetmə və idarəetmə strategiyaları;
5. İdarəetmə münasibətlərinin hüquqi çərçivəsi və institusional problemləri;
6. Turizm sektorunda rəqəmsal təhlükəsizlik və süni intellekt əsaslı idarəetmə həlləri;
7. Dillərin tədrisinin idarə edilməsinin təkmilləşdirilməsi.
Məqalələrin tərtib olunma qaydaları:
Mətnin yığılması - A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1, Times New Roman. Məqalələr Microsoft Word formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən az olmamaqla konfransın işçi dillərindən hər hansı birində təqdim olunmalıdır. Xülasə (60-80 söz) və açar sözlər (5-8 söz) məqalənin dərc olunduğu dildə və ondan əlavə iki dildə verilməlidir. Magistrantlar tərəfindən təqdim edilən məqalələr üçün elmi rəhbərin rəyi də tələb edilir.
İstifadə edilən ədəbiyyatlara istinadlar kvadrat mötərizədə ədəbiyyatın nömrəsi və səhifə göstərilməklə verilir. Məsələn, [6, s.109].
Konfransın işçi dili: Azərbaycan dili, türk dili, ingilis dili, rus dili. Konfrans üçün hazırlanan material 25.10.2026-cı il tarixinədək konfrans.2026@atmu.edu.az elektron ünvanına göndərilməlidir.
Əlaqə telefonu: (012) 564-42-33 (daxili:125; 138)
Azərbaycanca