“Marketinq” fənni üzrə praktiki dərs keçirilib
30.09.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 141
“Marketinq” fənni üzrə praktiki dərs keçirilib

Menecment kafedrasının müdiri Camal Hacıyevin iştirakı ilə “Turizm işinin təşkili” ixtisasında təhsil alan tələbələr üçün “Marketinq” fənnini tədris edən müəllim İlahə Əliyevanın dərsində “İstehlakçı davranışına təsir göstərən amillər” mövzusunda praktiki dərs keçirilib.

Dərsdə qonaq mühazirəçi qismində “Meqastore” supermarketlər şəbəkəsinin Ticari Marketinq departamentinin direktoru Tərlan Mehmanov iştirak edib.

Praktiki dərs zamanı tələbələrə istehlakçı davranışına təsir göstərən əsas amillər, müasir pərakəndə ticarətdə istehlakçı seçimlərinin formalaşması və marketinq strategiyalarının hazırlanmasında müştəri davranışlarının öyrənilməsinin əhəmiyyəti barədə məlumat verilib. Mövzu real biznes nümunələri və praktiki yanaşmalar əsasında izah olunub.

Tərlan Mehmanov öz peşəkar təcrübəsini tələbələrlə bölüşərək, istehlakçıların qərarvermə prosesinə təsir edən amillər, müştəri gözləntilərinin öyrənilməsi və bu amillərin pərakəndə satış sektorunda marketinq fəaliyyətinə tətbiqi ilə bağlı nümunələr təqdim edib.

Dərs tələbələrin nəzəri biliklərinin praktiki nümunələrlə möhkəmləndirilməsi, onların müasir marketinq yanaşmaları haqqında məlumatlarının genişləndirilməsi və real biznes mühitində istehlakçı davranışının rolunu daha dərindən anlamaları baxımından əhəmiyyətli olub.