ATMU-da magistrantlar üçün elmi-pedaqoji təcrübəyə dair görüş keçirilib
01.10.2026
Turizm işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 257
ATMU-da magistrantlar üçün elmi-pedaqoji təcrübəyə dair görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm işi” kafedrasının təşkilatçılığı ilə magistratura pilləsi üzrə “Biznesin idarə edilməsi” (Turizm və otelçiliyin idarə edilməsi) ixtisaslaşmasının II kurs magistrantları üçün “Elmi-pedaqoji təcrübənin keçirilməsi qaydaları” mövzusunda onlayn görüş keçirilib.

Görüşü giriş sözü ilə açan “Turizm işi” kafedrasının müdiri, dosent Hafiz Hüseynov elmi-pedaqoji təcrübənin magistrantların gələcək pedaqoji və elmi fəaliyyətindəki mühüm rolunu vurğulayıb.

Daha sonra kafedranın baş müəllimi Samirə Əzizova təlimçi qismində çıxış edərək magistrantlara elmi-pedaqoji təcrübənin təşkili, keçirilmə qaydaları və icra olunmalı tələblər haqqında ətraflı məlumat təqdim edib.

Onlayn formatda baş tutan tədbirdə MBA-(TO) 2501 qrupunun magistr tələbələri və elmi rəhbərlər iştirak ediblər. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.