ATMU tələbələrinə “Veysəloğlu” MMC-nin sertifikatları təqdim olunub
05.10.2026
Menecment kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 189
ATMU tələbələrinə “Veysəloğlu” MMC-nin sertifikatları təqdim olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələrin peşəkar inkişafına dəstək məqsədilə təşkil olunmuş növbəti maarifləndirici tədbirin yekunu olaraq mükafatlandırma mərasimi keçirilib.

Belə ki, ATMU-nun məzunu, “Veysəloğlu” MMC-nin İnsan resursları üzrə aparıcı talent partnyoru Bəxtiyar Bayramovun təqdimatında baş tutan seminarda fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunub.

Tədbirdə “Dövlət və bələdiyyə idarəetməsi”, eləcə də “Menecment” ixtisasları üzrə təhsil alan və seminarda fəal iştirak edən tələbələr “Veysəloğlu” MMC tərəfindən müvafiq sertifikatlara layiq görülüblər. Sertifikatların təqdim olunması mərasimində Biznes və menecment fakültəsinin (məktəbi) dekanı, dosent Vüqar Nəzərov, “Menecment” kafedrasının müdiri, dosent Camal Hacıyev və kafedranın baş müəllimi Ühəyna Valehzadə iştirak edərək tələbələri təbrik edib, onlara gələcək təhsil və karyera yollarında uğurlar arzulayıblar.