Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
ATMU İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən ATMU-nun tədris işləri üzrə prorektoru Zaur Bağırov universitetin professor-müəllim heyətini peşə bayramı münasibətilə təbrik edib. O, gənc kadrların yetişdirilməsində, turizm sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında müəllimlərin müstəsna rolunu xüsusi vurğulayıb, onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycanca