ATMU növbəti dəfə beynəlxalq reytinqlərdə
08.10.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 783
ATMU növbəti dəfə beynəlxalq reytinqlərdə

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq akademik məkanda mövqeyini gücləndirməyə davam edir. Son illərdə universitetin beynəlxalq əməkdaşlıqlarının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən məqsədyönlü tədbirlər ATMU-nun beynəlxalq reytinqlərdəki göstəricilərində də öz əksini tapır.

Beynəlxalq ali təhsil müəssisələrinin fəaliyyətini tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı olmaqla dörd əsas istiqamət üzrə qiymətləndirən nüfuzlu “Round University Ranking” (RUR) agentliyinin 2026-cı il reytinqində ATMU mühüm nəticələr əldə edib.

Reytinqin nəticələrinə əsasən, ATMU Humanitar elmlər istiqaməti üzrə dünyada 741-ci, o cümlədən 13 Azərbaycan universiteti arasında 4-cü, Həyat elmləri istiqaməti üzrə isə dünyada 885-ci, o cümlədən 7 Azərbaycan universiteti arasında 4-cü yerdədir.

Bu göstəricilər ATMU-nun ayrı-ayrı akademik istiqamətlər üzrə beynəlxalq reytinq sistemində mövqeyini nümayiş etdirən mühüm nəticələrdəndir.

Eyni zamanda, ATMU Sosial elmlər üzrə dünyada 1043-cü yerdədir.

ATMU ümumi göstəricilər üzrə isə dünya reytinqində 1295-ci yerdə qərarlaşıb.