Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) AATP 2024 bakalavr qrupunun tələbələri üçün “Bachelor Seminar I” fənninin tədrisinə serbiyalı professor Ivana Volic tərəfindən start verilib.
Serbiyalı professor tərəfindən tədris olunan dərslər tələbələrin peşəkar bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə yüksəldilməsi, onlara müasir elmi-tədqiqat metodologiyalarının və vərdişlərinin aşılanması məqsədini daşıyır.
Həftəiçi hər gün saat 09:00-dan 13:00-a dək ATMU-nun əsas binasında təşkil olunan intensiv məşğələlər zamanı professor Ivana Volic öz beynəlxalq təcrübəsini tələbələrlə bölüşür. Tədris prosesində tələbələrə akademik yazı qaydaları, elmi mənbələrlə işləmək, tədqiqat işlərinin hazırlanması və təqdimatı kimi vacib istiqamətlərdə praktiki biliklər verilir.
Qeyd edək ki, bu kimi beynəlxalq tədris proqramları ATMU-da təhsilin keyfiyyətinin artırılmasına, tələbələrin qlobal əmək bazarında rəqabətədavamlı kadr kimi formalaşmasına və beynəlxalq akademik mühitə inteqrasiyasına mühüm töhfə verir.
Azərbaycanca