Çinli professor ATMU-da “Quantitative Research Methods” fənnini tədris edir
09.10.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 783
Çinli professor ATMU-da “Quantitative Research Methods” fənnini tədris edir

AATP 2024 bakalavr qrupu üçün növbəti tədris mərhələsi davam edir. Proqram çərçivəsində tələbələrə akademik və analitik bacarıqların formalaşdırılmasında mühüm rol oynayan “Quantitative Research Methods” (Kəmiyyət tədqiqat üsulları) fənni tədris olunur.

Fənn üzrə mühazirə və məşğələləri aparmaq üçün Çindən olan professor Liru Jiang heyətə qoşulub. Kurs müddətində tələbələrə kəmiyyət tədqiqatlarının əsasları, məlumatların toplanması və təhlili, eləcə də statistikanın akademik layihələrdə tətbiqi istiqamətində dərin biliklər aşılanır. Dərslər həftəiçi hər gün saat 14:00-18:30-da ATMU-nun əsas binasında tədris olunur.

Qeyd edək ki, Azərbaycan-Avstriya Turizm Proqramı Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən beynəlxalq turizm təhsili proqramıdır. Proqram tələbələrə Azərbaycan və Avstriyanın ali təhsil sistemlərinin akademik təcrübəsindən yararlanmaq, beynəlxalq təhsil mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.