Fairmont Baku Hotel-in rəhbər heyətinin iştirakı ilə tələbələr üçün məlumatlandırıcı görüş keçirilib. Tədbirdə Fairmont Baku Hotel-in baş direktoru Giuliano Ungaro, Heyətin idarə olunması üzrə direktoru Fidan Hüseynova, Təlim və inkişaf üzrə meneceri Şəbnəm Nəbizadə və Ön ofis meneceri Tərlan Niyazova iştirak ediblər.
Görüş zamanı tələbələrə Fairmont Baku Hotel-in fəaliyyəti, iş imkanları və INSPIRE BY FAIRMONT beynəlxalq inkişaf proqramı haqqında ətraflı məlumat verilib. Proqramın məqsədi, iştirakçılar üçün yaratdığı imkanlar və peşəkar inkişaf perspektivləri diqqətə çatdırılıb.
Tədbirin davamında tələbələrlə müsahibələr təşkil olunub. Eyni zamanda, oteldə mövcud vakansiyalar üzrə namizədlərin seçimi həyata keçirilib.
Belə görüşlər tələbələrin peşəkar mühitlə tanış olması, karyera imkanlarını yaxından öyrənməsi və gələcək iş həyatına hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Əməkdaşlığa və tələbələrə yaradılan karyera imkanlarına görə Fairmont Baku Hotel-in rəhbər heyətinə təşəkkür edirik!
Azərbaycanca