Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) 2024-cü il qəbulu bakalavr qrupu üçün nəzərdə tutulan növbəti tədris mərhələsi uğurla yekunlaşıb. Proqram çərçivəsində tələbələrin akademik və analitik bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayan “Quantitative Research Methods” (Kəmiyyət tədqiqat üsulları) fənninin tədrisi başa çatıb.
Fənn üzrə mühazirə və məşğələlər Çinli professor Liru Jiang tərəfindən aparılıb. Kurs müddətində tələbələrə kəmiyyət tədqiqatlarının əsasları, məlumatların toplanması və təhlili, eləcə də statistikanın akademik layihələrdə tətbiqi istiqamətində dərin biliklər aşılanıb.
Qeyd edək ki, Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən beynəlxalq turizm təhsili proqramıdır. Proqram tələbələrə Azərbaycan və Avstriyanın ali təhsil sistemlərinin akademik təcrübəsindən yararlanmaq, beynəlxalq təhsil mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Azərbaycanca