ATMU tələbələri Bülbülün Ev-Muzeyində təlimdə iştirak ediblər
15.10.2026
Sosial idarəetmə fakültəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 224
ATMU tələbələri Bülbülün Ev-Muzeyində təlimdə iştirak ediblər

Bülbülün Ev-Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin katibi Günay Səfərovanın iştirakı ilə “Mədəni irsin qorunması və muzey idarəçiliyi” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Sosial idarəetmə fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə I kurs tələbələri və fakültənin tyutoru Sevinc Dadaşzadə iştirak ediblər.

Təlim çərçivəsində mədəni irsin qorunması, müasir ekspozisiya quruculuğu, muzey idarəçiliyi və strateji inkişaf istiqamətlərində geniş çıxışlar edilib. Tədbirin praktiki hissəsində ATMU tələbələri iki qrupa ayrılaraq tapşırıqlar üzərində komanda şəklində çalışıb və innovativ təkliflərini təqdim ediblər. Tələbələrin təqdimatları təlimçi tərəfindən yüksək qiymətləndirilib.

Bu cür praktiki təlimlər ATMU tələbələrinin nəzəri biliklərinin möhkəmləndirilməsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.