ATMU nümayəndəsi Özbəkistanda akademik səfərdə olub
16.10.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 494
ATMU nümayəndəsi Özbəkistanda akademik səfərdə olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) baş müəllimi, i.e.ü.f.d. Yasəmən Abasova Orhun Mübadilə Proqramı çərçivəsində Özbəkistanın Daşkənd Beynəlxalq Universitetində (Tashkent International University) akademik səfərdə olub.

Səfər çərçivəsində Daşkənd Beynəlxalq Universitetinin rektoru Yuldashev Iskandar Baxramovich, elmi tədqiqatlar və beynəlxalq əlaqələr üzrə prorektoru Xannayev Sherzod Qurbonnazarovich, beynəlxalq akkreditasiya və reytinqlər şöbəsinin müdiri Dr. Munavvarxon Muhitdinova, İqtisadiyyat və Maliyyə kafedrasının müdiri Ilyos Abdurahmanov, eləcə də kafedranın akademik heyəti ilə görüşlər keçirilib, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparılıb. Görüşlərdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi tədbirlərin təşkili və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Akademik səfər zamanı tədris prosesində də iştirak edilib, tələbələrlə interaktiv müzakirələr aparılıb və müxtəlif tədris yanaşmaları ilə tanışlıq imkanı əldə olunub.

Səfər çərçivəsində Özbəkistanın zəngin tarixi və mədəni irsi ilə tanışlıq da proqramın yaddaqalan məqamlarından olub.

Qeyd edək ki, Orhun Mübadilə Proqramı Türk dünyasının ali təhsil müəssisələri arasında akademik əlaqələrin möhkəmləndirilməsinə, elmi əməkdaşlığın genişləndirilməsinə və təcrübə mübadiləsinə xidmət edir.