Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov fakültəyə yeni qəbul olunmuş birinci kurs tələbələrinin bir qrupu ilə görüşüb. Dekan tələbələri ATMU ailəsinə daxil olmaları münasibətilə bir daha təbrik edib, onlara gələcək təhsillərində və akademik fəaliyyətlərində uğurlar arzulayıb.
B.Bilalov çıxışında ölkəmizdə turizm və qonaqpərvərlik sektorunun sürətlə inkişaf etdiyini, bu sahədə savadlı və bacarıqlı kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda dosent Bahadur Bilalov tələbəlik həyatına ilk addımlarını atan gənclərə tələbə biletlərini təqdim edib. Tələbələr göstərilən diqqətə görə fakültə rəhbərliyinə minnatdarlıqlarını bildiriblər.
Azərbaycanca