Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Fatimə Nərimanbəyli Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Atatürk Universitetində akademik səfərdə olub.
Səfər müddətində Fatimə Nərimanbəyli Atatürk Universitetinin Turizm Fakültəsi, Turizm Bələdçiliyi (Turizm Rehberliği) kafedrasında "Türk Mətbəx Mədəniyyəti" (Türk Mutfak Kültürü) və "Sənət Tarixi" (Sanat Tarihi) fənləri üzrə mühazirələr deyib, tələbələrlə akademik təcrübəsini bölüşüb.
Səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında əlaqələrin inkişaf etdirilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüşlər keçirilib. Fatimə Nərimanbəyli Atatürk Universiteti Turizm Fakültəsinin Dekanı Prof. Dr. Gökalp Nuri Selçuk, Dekan müavinləri Prof. Dr. Ahmet Çavuş və Doç. Dr. Neslihan Serçeoğlu, həmçinin Dış İlişkiler Ofisinin Koordinatör Yardımcısı Doç. Dr. Oktay Yağız ilə bir araya gəlib.
Keçirilən görüşlərdə Orhun Mübadilə Proqramının yaratdığı imkanlar, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, turizm sahəsində birgə layihələrin icrası və Türk Dünyası ali təhsil müəssisələri arasında inteqrasiyanın daha da gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanca