Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes və Menecment fakültəsinin (məktəbi) dekan müavini Nicat Novruzov Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Erzincan Binali Yıldırım Universitetində akademik səfərdə olub.
Səfər zamanı Nicat Novruzov universitetin İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsində “Bank işi və kreditlərin idarəedilməsi” mövzularında mühazirələr oxuyaraq akademik təcrübəsini tələbələrlə bölüşüb.
Akademik səfər çərçivəsində bir sıra işgüzar görüşlər də keçirilib. Nicat Novruzov Erzincan Binali Yıldırım Universitetinin rektoru Prof.Dr. Ufuk Kuyrukluyıldız, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Dr.Öğr. üzvü Əmrah Özbay, Öğr.Gör. Aycan Yıldız Yılmaz və İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsinin dekanı Prof.Dr. Kerem Karabulut ilə görüşüb.
Görüşlərdə Orhun Mübadilə Proqramının yaratdığı imkanlar, Türk dünyası universitetləri arasında əlaqələrin gücləndirilməsi, iki universitet arasında birgə akademik layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Azərbaycanca