Karyera və məzunlarla iş şöbəsi birinci kurs tələbələri ilə görüş keçirib
20.10.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 223
Karyera və məzunlarla iş şöbəsi birinci kurs tələbələri ilə görüş keçirib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və məzunlarla iş şöbəsi 2026–2027-ci tədris ilində universitetə qəbul olan birinci kurs tələbələri ilə görüş keçirib.

Görüş zamanı şöbə müdiri İlahə Əliyeva tələbələrə şöbənin fəaliyyəti, karyera imkanları, tələbələrin peşəkar inkişafı, əmək bazarının tələbləri və məzunlarla əməkdaşlığın əhəmiyyəti barədə məlumat verib.

Tələbələrə universitetdə təhsil aldıqları müddətdə karyera planlamasına diqqət yetirməyin, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirməyin, eləcə də gələcək əmək fəaliyyətinə indidən hazırlaşmağın vacibliyi vurğulanıb.

Görüş tələbələrin suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.