ATMU ilə Eskişehir Osmangazi Universiteti arasında ikili diplom proqramına qəbul elan edilir!
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Eskişehir Osmangazi Universiteti arasında “Turizm işi” ixtisası üzrə ikili diplom proqramına tələbə qəbulu elan edilir.
Proqram tələbələrə hər iki universitetin təhsil imkanlarından yararlanmaq və ikili diplom əldə etmək imkanı yaradır.
İştirak üçün tələblər:
- ATMU-nun “Turizm işinin təşkili” ixtisası üzrə I kurs bakalavriat səviyyəsində təhsil alan tələbəsi olmaq;
- Türk dili üzrə C1 səviyyəli dil sertifikatına malik olmaq;
- Akademik göstəricinin minimum 72 bal olması;
- Maksimum iki akademik borcun (kəsrin) olması.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi və ya pasportun surəti;
- Akademik transkript;
- Europass formatında CV;
- Türk dilində motivasiya məktubu;
- Türk dili üzrə C1 səviyyəli sertifikat.
Vacib qeydlər:
- Təhsil proqramı çərçivəsində nəqliyyat, yaşayış və qidalanma xərcləri tələbə tərəfindən qarşılanır.
- İkili diplom proqramında təhsil almaq üçün əlavə təhsil haqqı tələb olunmur.
Son müraciət tarixi: 10 noyabr 2026-cı il
Müraciət ünvanı: ATMU-nun Beynəlxalq əlaqələr şöbəsi
Əlavə məlumat üçün:
- Telefon: (+994 12) 564 42 33 (daxili nömrə 122)
- E-poçt: international@atmu.edu.az
Bütün tələbələrə uğurlar arzulayırıq!
Azərbaycanca