ELAN
23.10.2026
İnsan resursları şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 605
ELAN

Azərbaycan Turizm və Menecment Universiteti kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə ELAN EDİR:

İqtisadiyyat kafedrası üzrə - 1 yer

Elan qəzetdə dərc olunduğu gündən 1 ay müddətində sənədlər saat 10:00-17:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər hr@atmu.edu.az e-mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Rektorun adına ərizə;

2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə);

3. Tərcümeyi-hal;

4. Şəxsiyyət vəsiqəsinin surəti;

5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydada təsdiq olunmuş surətləri;

6. Elmi və elmi-metodiki işlərin siyahısı;

7. Namizədin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Müsabiqə elan olunan müəssisədə çalısan namizədlərdən isə yalnız aşağıdakı sənədlər

tələb olunur:

1. Rektorun adına ərizə;

2. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

3. Elmi və elmi-metodiki işlərin siyahısı;

4. Namizədin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, otaq 103.

Telefon: 564-42-33 (daxili-115)

Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Rektorluq