ATMU-da süni intellektdən istifadə mövzusunda elmi seminar keçirilib
26.10.2026
Turizm işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 471
ATMU-da süni intellektdən istifadə mövzusunda elmi seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Turizm işi" kafedrasında fəaliyyət göstərən "Turizm" dərnəyinin təşkilatçılığı ilə elmi seminar baş tutub.

Tədbir "Tədris prosesində və elmi araşdırmalarda süni intellektdən istifadə" mövzusuna həsr olunub.

Giriş sözü ilə çıxış edən "Turizm işi" kafedrasının müdiri, dosent Hafiz Hüseynov tədbirin əhəmiyyətindən danışıb. Daha sonra Elektron Universitet və Qeydiyyat bölməsinin baş mütəxəssisi Fazil Seyidli "Tələbələrin süni intellektdən istifadə bacarıqları: tədris prosesində mövcud vəziyyət və inkişaf yolları" mövzusunda məruzə ilə çıxış edib.

Seminar zamanı tədris və elmi tədqiqat işlərində süni intellekt texnologiyalarının tətbiqi imkanları, mövcud vəziyyət və gələcək inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə kafedra əməkdaşları və LQ 2601 qrup tələbələri iştirak ediblər.