Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Mehmanxana və restoran işi" kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Sheraton Baku Intourist” hotelinə təcrübi səfər təşkil olunub.
Kafedra müdiri, s.ü.f.d., dosent Tərlan Növrəslinin təşəbbüsü ilə həyata keçirilən səfər "Turizm işinin təşkili" ixtisasının tələbələrini əhatə edib. Səfər çərçivəsində "Qonaqpərvərlik sahəsinin idarə edilməsi" fənninin müəllimi Günay Paşazadə tələbələri müşayiət edib.
Görüş zamanı hotelin rəhbər şəxsləri tərəfindən tələbələrə geniş məlumat verilib. İnsan resursları üzrə menecer müavini Güllü Baharlının rəhbərliyi ilə keçirilən təqdimatda hotelin fəaliyyət prinsipi və strukturu izah olunub. Bu təqdimat tələbələrin mehmanxana idarəçiliyinin praktiki aspektləri ilə tanışlığına və gələcək peşə fəaliyyətləri üçün zəruri bilik və bacarıqlar qazanmalarına töhfə verib.
Eyni zamanda, hotelin peşəkar əməkdaşları - Qeydiyyat şöbəsinin menecer müavini Elşən Əzizli, Qonaqlarla əlaqələr üzrə koordinator Elmira Hüseynova, İnsan resursları üzrə koordinator Nəsrin Orucova və Təsərrüfat üzrə nəzarətçi Ruslan Əsgərov öz sahələri üzrə təcrübələrini bölüşərək tələbələrin suallarını cavablandırıblar.
Bu cür təcrübi dərslər tələbələrin nəzəri biliklərini real iş mühitində görmələri üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycanca