ATMU tələbələri «44» filmini izləyiblər
27.10.2026
Dillər Kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 269
ATMU tələbələri «44» filmini izləyiblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Tərcümə" və "Turizm bələdçiliyi" ixtisaslarının tələbələri 44 günlük Vətən müharibəsinə həsr olunmuş «44» bədii-sənədli filmini izləyiblər.

Kinoizləmə "Dillər" kafedrasının müdiri Əzizə Məmmədovanın, eləcə də kafedranın müəllimləri Könül Salmanova, Kəmalə Məlikli, Ləman Şükürova və Aynur Niftəliyevanın iştirakı ilə kinoteatrda baş tutub. Tələbələr tərəfindən böyük maraq və həyəcanla qarşılanan ekran əsəri Azərbaycanın tarixi Zəfərini, rəşadətli ordumuzun qəhrəmanlığını, xalqımızın sarsılmaz birliyini və Vətən sevgisini bir daha təcəssüm etdirib.

Tarixi Zəfərimiz xalqımızın əbədi qürur mənbəyi, gələcək nəsillər üçün isə vətənpərvərlik və birlik nümunəsidir!