ATMU-da tədrisin rəqəmsal idarə olunması ilə bağlı təlim keçirilib
29.10.2026
Elektron Universitet və Qiymətləndirmə Mərkəzi
Bölmə: Xəbərlər
Baxış sayı: 835
ATMU-da tədrisin rəqəmsal idarə olunması ilə bağlı təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) müəllim heyəti üçün qiymətləndirmə prosesinin təşkili və tədrisin elektron idarə olunması mövzusunda təlimlər təşkil edilib.

Universitetin hər üç fakültəsinin müəllimlərini əhatə edən təlimlər iki istiqamət üzrə keçirilib: “Biliyin qiymətləndirilməsində müasir yanaşmalar: prinsiplər, meyarlar və effektiv metodlar” və “Rəqəmsal universitet: tədrisin elektron idarə edilməsi və innovativ həllər”.

Təlim çərçivəsində rektor müşaviri, i.ü.f.d. Fərid Cabbarlı tərəfindən biliyin qiymətləndirilməsinə müasir yanaşmaların, qiymətləndirmə prinsipləri və meyarlarının, eləcə də effektiv qiymətləndirmə metodlarının əhəmiyyətinə diqqət yetirilib. Bununla yanaşı, tədris prosesinin elektron idarə olunması, rəqəmsal həllərin təhsil mühitində tətbiqi və innovativ texnologiyaların tədrisin təşkili baxımından imkanları nəzərdən keçirilib.

Təlimlərin əsas məqsədi müəllimlərin qiymətləndirmə və elektron tədris idarəçiliyi sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək, müasir təlim metodlarının tətbiqini təşviq etmək və universitetdə rəqəmsal təhsil mühitinin inkişafına töhfə vermək olub.

Təlim universitetdə tədris prosesinin müasir tələblərə uyğun təşkili, biliyin qiymətləndirilməsində effektiv metodların tətbiqi və rəqəmsal idarəetmə imkanlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.