ATMU-da 2027-2031-ci illər üzrə SİP-in hazırlanması müzakirə olunub
29.10.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 822
ATMU-da 2027-2031-ci illər üzrə SİP-in hazırlanması müzakirə olunub

ATMU-da 2027-2031-ci illər üzrə Strateji İnkişaf Planının hazırlanması müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2027-2031-ci illər üzrə Strateji İnkişaf Planının (SİP) hazırlanması istiqamətində İşçi qrupun növbəti görüşü keçirilib.

İclasda İşçi qrupun sədri, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı qrup üzvlərinə ilkin formaların hazırlanmasında göstərdikləri fəaliyyətə görə təşəkkür edib. Daha sonra üzvlərin təklifləri əsasında ümumiləşdirilmiş layihə formasının strukturu, əsas istiqamətləri, məqsəd və hədəfləri barədə məlumat verib.

Araz Aslanlı müzakirəyə təqdim ediləcək layihə formasının təhsil və digər prioritet sahələr üzrə dövlət əhəmiyyətli proqramları əhatə etdiyini vurğulayıb. O, Strateji İnkişaf Planının yalnız universitetin prioritetlərini deyil, eyni zamanda dövlətin ali məqsədlərini də əks etdirməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda İşçi qrup üzvlərinin layihə forması ilə bağlı təklif və rəylərini bildirmələri üçün vaxt müəyyənləşdirilib. Növbəti mərhələdə sənədin ATMU-nun 2027-2031-ci illər üzrə Strateji İnkişaf Planının hazırlanması məqsədilə formalaşdırılmış Komissiyanın müzakirəsinə çıxarılacağı bildirilib.