Avstriyalı müəllim AATP bakalavr qrupunda “Multichannel Distribution Systems” fənnini tədris edir
04.11.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 315
Avstriyalı müəllim AATP bakalavr qrupunda “Multichannel Distribution Systems” fənnini tədris edir

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) çərçivəsində beynəlxalq akademik əməkdaşlığın inkişafı və tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində qonaq müəllimlərin iştirakı ilə dərslər davam etdirilir.

Bu həftə Avstriyalı qonaq müəllim Elke Smolak Koch AATP 2025 bakalavr qrupunda “Multichannel Distribution Systems” (Çoxkanallı Paylama Sistemləri) fənnini tədris edir.

Dərslər zamanı tələbələr turizm və qonaqpərvərlik sənayesində müasir paylama sistemləri, elektron rezervasiya kanalları, satış strategiyaları və gəlirlərin idarə edilməsi kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə edirlər.

Qonaq müəllimlərin iştirakı ilə keçirilən dərslər tələbələrin beynəlxalq akademik təcrübədən faydalanmasına, peşəkar bilik və bacarıqlarının inkişafına, eləcə də müasir turizm sektorunun tələbləri ilə tanış olmasına töhfə verir.

Qeyd edək ki, Azərbaycan–Avstriya Turizm Proqramı ATMU ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.