Orta Asiya İnnovasiya Universitetinin nümayəndələri ilə görüş keçirilib
05.11.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 43
Orta Asiya İnnovasiya Universitetinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndə heyəti Qazaxıstanın Orta Asiya İnnovasiya Universitetinin (Central Asian Innovation University) nümayəndələri ilə görüş keçirib.

Görüşdə Orta Asiya İnnovasiya Universitetinin prorektoru Kazanbayeva Janar Saparqaliyevna və Biznes və Turizm Departamentinin müdiri Şadiyeva Aygül Əmirxanovna iştirak ediblər.

ATMU-nu Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Elmi tədqiqatlar bölməsinin rəhbəri Novruz Quliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva təmsil ediblər.

Görüş zamanı iki universitet arasında akademik əməkdaşlığın genişləndirilməsi, turizm və qonaqpərvərlik sahəsində təhsil proqramlarının təkmilləşdirilməsi, müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin inkişafına, akademik potensialının gücləndirilməsinə və turizm təhsili sahəsində yeni imkanların yaranmasına töhfə verəcəyi vurğulanıb.