Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik, Biznes və menecment, eləcə də Sosial idarəetmə fakültələrində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş xüsusi dərslər təşkil edilib.
Dərslər çərçivəsində fənn müəllimləri tələbələrə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və milli həmrəyliyi barədə məlumatlar təqdim ediblər.
Keçirilən müzakirələrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin dövlətçilik tariximizdəki müstəsna yeri, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi və qazilərimizin fədakarlığı xüsusi vurğulanıb.
ATMU-da təşkil olunan bu dərslər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığının daha da möhkəmləndirilməsi məqsədi daşıyır.
Azərbaycanca