Avstriyalı qonaq müəllimin AATP bakalavr qrupunda tədrisi başa çatıb
11.11.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 250
Avstriyalı qonaq müəllimin AATP bakalavr qrupunda tədrisi başa çatıb

Avstriyalı qonaq müəllim Elke Smolak Koch AATP 2025 bakalavr qrupunda tədris etdiyi “Multichannel Distribution Systems” (Çoxkanallı Paylama Sistemləri) fənnini uğurla başa çatdırıb.

Tədris müddətində tələbələr turizm və qonaqpərvərlik sənayesində müasir paylama sistemləri, elektron rezervasiya kanalları, satış strategiyaları, onlayn turizm agentlikləri (OTA), meta-axtarış sistemləri, birbaşa satış kanalları, qiymət və paketlərin formalaşdırılması, eləcə də gəlirlərin idarə edilməsi üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Fənnin tədrisi tələbələrin beynəlxalq təcrübə ilə tanış olmasına, rəqəmsal turizm bazarının xüsusiyyətlərini mənimsəməsinə və gələcək peşəkar fəaliyyətləri üçün zəruri bilik və bacarıqlarını inkişaf etdirməsinə töhfə verib.