Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Uşaq hüquqları aylığı” çərçivəsində tələbələr üçün maarifləndirici mühazirə təşkil olunub.
Universitetin "Humanitar və sosial elmlər" kafedrasının müəllimi Zahid Bünyadov tərəfindən aparılan mühazirədə uşaq hüquqlarının müdafiəsinin müasir cəmiyyətin ən vacib prioritetlərindən biri olduğu vurğulanıb. O, bu sahədə həm beynəlxalq konvensiyaların, həm də ölkəmizdə qəbul edilən milli qanunvericilik aktlarının mahiyyəti və tətbiq mexanizmləri barədə tələbələrə geniş izahat verib.
Məruzəçi gələcəyin mütəxəssisləri kimi gənclərin bu mövzuda məlumatlı olmasının, cəmiyyətdə hüquq mədəniyyətinin formalaşdırılması və hüquqi maarifləndirmə işlərində fəal iştirakının böyük əhəmiyyət daşıdığını qeyd edib. Çıxışının sonunda Zahid Bünyadov uşaqların sağlam, təhlükəsiz və firavan mühitdə böyüməsinin cəmiyyətin gələcək inkişafının əsas təminatı olduğunu diqqətə çatdırıb.
Azərbaycanca