Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Menecment” kafedrasının təşkilatçılığı ilə I kurs magistrantları üçün Sumqayıt Dövlət Universitetinin Mühasibat və iqtisadiyyat kafedrasının dosenti Şəfiqə Məmmədovanın iştirakı ilə “Tədqiqat metodları: müasir elmi araşdırmanın nəzəri və praktik əsasları” mövzusunda master-klass keçirilib.
“Menecment” kafedrasının müdiri, dosent Camal Hacıyev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. O, belə elmi-praktik görüşlərin magistrantların tədqiqat bacarıqlarının inkişafına, elmi dünyagörüşlərinin genişlənməsinə və gələcək elmi fəaliyyətlərinə mühüm töhfə verdiyini bildirib.
Master-klass zamanı müasir elmi tədqiqatların metodoloji əsasları, elmi araşdırmanın təşkili, tədqiqat metodlarının seçilməsi və onların praktik tətbiqi məsələləri ətrafında müzakirələr aparılıb.
Tədbir magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və praktiki vərdişlərinin formalaşdırılması baxımından əhəmiyyətli olub.
Azərbaycanca