ATMU-nun dosenti Ege Universitetində mühazirələr deyib
16.11.2026
Humanitar və sosial elmlər kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 254
ATMU-nun dosenti Ege Universitetində mühazirələr deyib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Humanitar və sosial elmlər kafedrasının dosenti Günay Qafarova "Orhun" Akademik Mübadilə Proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində akademik səfərdə olub.

Səfər müddətində dosent Günay Qafarova Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Sənəti bölməsində Sənətşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün “Pazırıq mədəniyyəti”, “Antik mifoloji mövzular renessansın təsviri sənət nümunələrində” və “Azərbaycanın təsviri sənəti XIX–XXI əsrlərdə” mövzularında mühazirələr oxuyub.

Mübadilə proqramı üzrə nəzərdə tutulan tədris fəaliyyətini uğurla başa vuran ATMU əməkdaşının bu səfəri iki ali təhsil müəssisəsi arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ege Universitetinin Beynəlxalq əlaqələr üzrə koordinatoru dosent, doktor Bilge Kartal Çetin tərəfindən Günay Qafarovaya təqdim edilən rəsmi təsdiq sənədində də bu akademik fəaliyyətin iki qurum arasındakı tərəfdaşlığın inkişafına dəyərli töhfə verəcəyi xüsusi qeyd olunub.