Turizm və qonaqpərvərlik fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda fakültənin rəhbərliyi, Elmi Şuranın üzvləri, müvafiq struktur bölmələrin nümayəndələri və gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məsul şəxslər iştirak ediblər.
İclasın əvvəlində gündəlikdə duran məsələlər diqqətə çatdırılıb və müzakirələrin ardıcıllığı müəyyənləşdirilib. Daha sonra gündəlikdə qeyd olunan məsələlər üzrə müvafiq çıxışlar dinlənilib, təqdim olunan məlumatlar ətraflı nəzərdən keçirilib və fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul edilib, aidiyyəti şəxslərə tapşırıqlar verilib və müəyyənləşdirilmiş istiqamətlər üzrə işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycanca