ATMU tələbələri üçün “Dinamo Hotel Baku”da praktiki dərs keçirilib
16.11.2026
Mehmanxana və restoran işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 351
ATMU tələbələri üçün “Dinamo Hotel Baku”da praktiki dərs keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran işi” kafedrasının təşkilatçılığı ilə “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan TİT2403 və TİT2404 qrup tələbələri üçün “Dinamo Hotel Baku”da növbəti praktiki dərs təşkil olunub.

“Qonaqpərvərlik sahəsinin idarə edilməsi” fənni çərçivəsində sözügedən dərs kafedra müdiri s.ü.f.d., dosent Tərlan Növrəslinin təşkilatçılığı ilə baş tutub. Dərsə fənn müəllimi Günay Paşazadə rəhbərlik edib.

Görüş zamanı hotelin əməliyyatlar üzrə meneceri Əfsanə Babayeva, qonaqların qəbulu üzrə meneceri Sənan Hacıyev, restoran meneceri Aleksandr Xolyavko və insan resursları üzrə koordinatoru Sevinc Poladova tələbələrə mehmanxana biznesinin gündəlik idarəetmə mexanizmləri, şöbələrarası koordinasiya, müştəri məmnuniyyətinin təmin edilməsi və kadr siyasəti barədə ətraflı məlumat veriblər.

Praktiki məşğələ zamanı tələbələr hotelin müxtəlif bölmələrinin iş prinsipi ilə yerində tanış olub, mütəxəssislərə ünvanladıqları suallar ətrafında interaktiv müzakirələr aparıblar.