Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin Qlobal Təsir və Transformasiya İnstitutunun rəhbəri, Rəqəmsal Biznes İnnovasiyası və Transformasiyası proqramının direktoru Roger Hage tərəfindən AATP 2025 bakalavr qrupuna “Computational Thinking” (Hesablama düşüncəsi) fənni tədris olunur.
Fənnin tədrisi çərçivəsində tələbələr hesablama düşüncəsinin əsas prinsipləri, problemin təhlili, qanunauyğunluqların müəyyənləşdirilməsi, abstraksiya və alqoritmik dizayn metodları ilə tanış olurlar. Eyni zamanda, blok-sxemlər (flowcharts) və psevdokod (pseudocode) vasitəsilə alqoritmlərin hazırlanması, sınaqdan keçirilməsi və təkmilləşdirilməsi üzrə praktiki bacarıqlar əldə edirlər.
Fənn müasir turizm sektorunda rəqəmsal həllərin tətbiqi baxımından əhəmiyyət kəsb edən analitik və hesablama düşüncəsinin, sistemli yanaşmanın və problem həll etmə bacarıqlarının inkişafına yönəlib.
AATP ikili diplom proqramı çərçivəsində beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və müasir tədris yanaşmalarının tətbiqi tələbələrin qlobal əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə xidmət edir.
Azərbaycanca