ATMU-da akkreditasiya tövsiyələrinin icrası üzrə monitorinq aparılıb
17.11.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 108
ATMU-da akkreditasiya tövsiyələrinin icrası üzrə monitorinq aparılıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin (TKTA) koordinatorluğu ilə izləmə səfəri həyata keçirilib. Səfərin əsas məqsədi ATMU-nun akkreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq Akkreditasiya Komissiyasının Yekun Hesabatında yer alan, 2024-2025 və 2028-2029-cu tədris illərini əhatə edən tövsiyə və göstərişlərin icra vəziyyətinin monitorinqi olub.

Monitorinq çərçivəsində izləmə qrupu universitetin rəhbərliyi, eləcə də Strategiya və keyfiyyət təminatı şöbəsinin əməkdaşları ilə görüşlər keçirib. Görüşlərdə hesabatda qeyd olunan tövsiyələrin icra səviyyəsi, bu istiqamətdə görülən işlər və əldə edilən nəticələr ətraflı müzakirə olunub.

Bununla yanaşı, nümayəndələr ATMU-nun 2024-2025-ci tədris ili üzrə Fəaliyyət Planının icra hesabatı ilə tanış olub, 2025-2026-cı tədris ilinin Fəaliyyət Planını nəzərdən keçiriblər.

Qeyd edək ki, bu cür izləmə səfərləri ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunluğun artırılması və davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.